question
stringlengths 6
1.94k
| answer
stringlengths 1
1.99k
⌀ | bank
stringclasses 6
values | datetime
stringlengths 24
24
⌀ |
---|---|---|---|
Çox sağolun tam istediyim şeydi | Salam🦁
Xidmətimizi dəyərləndirdiyiniz üçün biz sizə təşəkkür edirik!
Ən yüksək xidmət ilə sizi sevindirməyə söz veririk.😊 | leobank.az | 2023-06-08T08:27:32.000Z |
Salam. Bunu aktiv elemek ücün banka yaxınlaşmalıyam? | Salam 🦁
Sərmayələr bölməsində qeydiyyatdan keçmək üçün, şəxsiyyət vəsiqənizlə, Leobank xidmət məntəqələri olan müvafiq Unibank filialına yaxınlaşaraq, qeydiyyatdan keçmək və sənədləri imzalamaq istəyinizlə bağlı, Leobank əməkdaşımıza müraciət edə bilərsiniz.
Funksiya tətbiqimizdə işə salındıqdan sonra ondan istifadə etməyə başlaya bilərsiniz. | leobank.az | 2023-06-08T09:24:08.000Z |
Salam men leo karti itirmisem nece berpa ede bilerem | Salam 🦁
Zəhmət olmasa, *7773 qısa nömrəsi ilə əlaqə saxlayın və Leobank tətbiqinə daxil olaraq qara kartın üzərinə toxunub kartınızı blok edəsiniz.
Nəzərinizə çatdırmaq istəyirəm ki, *7773 qısa nömrəsinə edilən bütün zənglər ödənişsizdir 🦁 | leobank.az | 2023-06-08T10:44:20.000Z |
Komissiyanı endirseniz daha yaxşı olar 👏 | Salam 🦁
Təklifiniz üçün təşəkkür edirik, sizin fikriniz bizim üçün çox önəmlidir.
Hər hansısa dəyişiklik mövcud olarsa, bu haqda məlumat müştərilərimizə təqdim olunacaqdır. | leobank.az | 2023-06-08T11:58:53.000Z |
Salam mən bunu edə bilmirem Sərmayedir nedir necə edilər başa saladiz zəhmət olmasa indiden teşekkürler 🙌❤️ | Salam🦁
Sərmayələr bölməsində qeydiyyatdan keçmək üçün, şəxsiyyət vəsiqənizlə, kartlarımızı təqdim etdiyimiz, istənilən Unibank filialına yaxınlaşaraq, qeydiyyatdan keçmək və sənədləri imzalamaq istəyinizlə bağlı, Leobank əməkdaşımıza müraciət edə bilərsiniz.
Sərmayə - Leobank tətbiqində yeni bölmədir, və qeydiyyatdan keçmiş müştərilər Amerika birjaları NYSE və NASDAQ-da siyahıya alınmış səhmlər, kriptovalyutalar və digər maliyyə alətləri ilə birbaşa proqramda ticarət edə biləcəklər.
Sizə istənilən məbləğdə yatırım edə bilərsiniz. Bununla bağlı limit mövcud deyildir.
Ilk öncə qeyd etmək istərdik ki, alış-veriş zamanı Leobank tərəfindən vergi tətbiq olunmur.
Kriptovalyutanızı portfeldə 30 günə qədər tamamilə komissiyasız saxlaya bilərsiniz, lakin 31 ci gündən etibarən, illiyin 8% gündəlik hesablanılır və kriptovalyutanı satdıqda, tədbiq olunur.
Kriptovalyuta - 2% minimum 1 manat ( kredit vəsaitlər üzrə əlavə 2%)
Aksiya və fondlar 0.5% minimum 1 manat ( kredit vəsaitlər üzrə əlavə 2%)
Sərmayələr -niz gəlirli olsun! | leobank.az | 2023-06-19T01:19:27.000Z |
Artıq 2 ildir istifade edirəm.Amma kredit limiti ayrılmır.rəsmi iş də var👎👎👎👎👎👎👎👎 | Salam🦁
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir.
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay və son iş yerdə minimum 1 ay təcrübəsi olan, Azərbaycan vətəndaşları əldə edə bilər.
Zəhmət olmasa, məsələyə tam aydınlıq gətirərək, əməkdaşımız şəxsi mesaj qutunuza müraciət ünvanlayıb , zəhmət olmasa nəzər yetirə bilərsiniz? | leobank.az | 2023-06-27T20:49:57.000Z |
aldanmıyın bütün faizi qabaqcadan çıxıllar 1 manatdıö dogecoin satmışam 75 manat komisya tutur😂 opşi summaya faiz tutan dünyada yeganı bankdı 😃😃😃 | Salam🦁
Səhmlərin və indekslərin alqı-satqısı üçün komissiya əməliyyat məbləğinin 0,5%-ni (minimum 1 AZN) təşkil edir; Kriptovalyutanın alqı-satqısı üçün komissiya əməliyyat məbləğinin 2%-ni (minimum 1 AZN) təşkil edir. Kredit vəsaiti hesabına alış-veriş üçün əlavə 2% komissiya tətbiq olunur. Təqdim etdiyiniz ekran görüntüsündə, icra etmək istədiyiniz əməliyyatın komissiyası standart tariflərə əsasən 1 AZN təşkil edir, komissiyanın digər hissəsi isə, məhz kriptovalyutanın (ümumi portfelinizdə mövcud olan Dogecoin) saxlanılmasına görə, 31-ci gündən hesablanan illik 8% komissiyadır ki, portfelinizdə mövcud olan kriptovalyutanın dəyəri çox olduqda - müvafiq komissiya hesablanır. Qeyd olunan komissiya isə, ilk satış əməliyyatı zamanı məxaric olunur.
Daha sonra, siz satış əməliyyatı icra etdikdə, bu gündən, satış edəcəyiniz günədək hesablanan komissiya məbləği məxaric olunacaqdır. Leobankda Sərmayələr sizə qeyd olunan imkanları verir: - səhmlərin və digər maliyyə alətlərinin sərfəli məzənnələrlə ticarətini aparmaq. - maraq doğuran şirkətlər və onların aktivləri haqqında məlumatı tez və asanlıqla əldə etmək. - Leobank kartına səhmlərin satışından vəsaitləri eyni sürətlə və sərfəli şəkildə çıxarmaq. | leobank.az | 2023-06-29T11:47:04.000Z |
Mende bu bolum bağlidir ne ede bilerem? | Salam🦁
Bu bölümün sizdə aktiv olması üçün, müqaviləni istənilən Unibank filialında imzalaya bilərsiniz.
Servis sizin üçün aktiv olan kimi, tətbiqdə bildiriş alacaqsınız. | leobank.az | 2023-07-05T18:43:47.000Z |
Salam aleykum,ayin3 den muqavileye qol cekilib amma nece qun aktiv ede bilmirler.Bele bashlayirsa davami cox cetin olar. | Salam🦁
Məlumatlarınızı yoxlamaq üçün əməkdaşımız sizim şəxsi mesaj qutunuza müraciət ünvanlayıb, zəhmət olmasa nəzər yetirərdiniz. | leobank.az | 2023-07-07T11:50:47.000Z |
Herseyiniz yaxsidi birce internetsiz praqrama gire bilmemek eseb edir adami 😤 | Salam 🦁
İndi Leo tətbiqindən hətta mobil internetə çıxış olmadan da istifadə edə bilərsiniz 🚀
Azercell istifadəçiləri artıq Leobank tətbiqini internetə çıxış olmadan da istifadə edə bilər. Tətbiqdə mövcud olan bütün funksiyalar internet olmadan işləyir. Əlavə heç nə etmək lazım deyil. Sadəcə tətbiqi açın və həzz alın, qalan işləri Leo həll edəcək.
Tezliklə yeni funksionallıq Bakcell abunəçiləri üçün də istifadəyə veriləcək.
Yeri gəlmişkən, Azərbaycanın heç bir bankında hələ belə bir imkan yoxdur 😎
Yeni funksiyanı ilk siz sınayın! | leobank.az | 2023-07-31T12:47:59.000Z |
Digər banklardan çox çox seçilir xidmət səviyyəsi çox yüksəkdir..! | Salam🦁
Xoş sözləriniz və bizim proyekti yüksək qiymətləndirdiyiniz üçün sizə təşəkkür edirik!
Biz çox çalışırıq və çalışacağıq ki, sizə daha mükəmməl xidmət təqdim edək.😊 | leobank.az | 2023-07-31T18:51:54.000Z |
Iyundada 1 gun gecikdim diye 3 defe pul chixib. Sizi prezidetemize shikayet edecem. | Salam 🦁
Siz kredit limitinizdən istifadə etdiyiniz zaman, sizə 62 günə qədər güzəşt müddəti təqdim olunur (günün sayı, istifadə etdiyiniz tarixdən asılıdır).
Cari ayda istifadə etdiyiniz məbləği növbəti ayın sonuna kimi, tamamilə faizsiz şəkildə geri qaytara bilərsiniz.
Lakin cari ayda istifadə etdiyiniz məbləği növbəti ayın sonuna kimi ödəyə bilməsəniz, sizə minimal ödəniş 5% təqdim olunacaq, yalnız minimal ödəniş etdiyiniz zaman, sizin kredit limitinizdən istifadə etdiyiniz tarixdən etibarən günə aylığın 2.3% hesablanılacaq və hesablanılmış məbləğ, növbəti ayın 1 balansınızdan silinəcək.
Bu haqda mobil tətbiqdə ətraflı məlumat təqdim olunub. | leobank.az | 2023-08-01T05:32:18.000Z |
bu bankin qaynar xətti necədi | Salam🦁
Buyurun, *7773 əlaqə mərkəzimizin nömrəsidir.
24/7 bizə müraciət edə bilərsiniz.
Zənglər tamamilə ödənişsizdir. | leobank.az | 2023-08-01T05:57:28.000Z |
Salam kart haqda nece məlumat eldə ede bilərem | Salam 🦁
Biz, bütün məlumatları, tətbiq üzərindən, sosial şəbəkələrimizdə və Leobank.az səhifəsində, müştərilərimiz ilə paylaşırıq.
Leobank kartımız - universal kartdır. Onu həm debet kartı kimi - şəxsi vəsaitlərinizlə 20% - dək keşbek və illik 5% vəsaitinizin qalığına gündəlik hesablanaraq istifadə edə bilərsiniz (məbləğ 10 manat və daha çox olarsa), həm də kredit kartı kimi - əgər sistem tərəfindən kredit limiti ayrılarsa, onu 62 günədək güzəşt müddəti ilə əlavə faiz olmadan istifadə edə bilərsiniz.
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi minimum 6 ay və son iş yerinizdə minimum 1 ay və ya təqaüd mövcud olan Azərbaycan vətəndaşları əldə edə bilər. 300 manatdan 15.000 manata qədər əldə etmək mümkündür. Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır. | leobank.az | 2023-08-01T06:42:59.000Z |
Salam mən çoxdan leo bank sifariç etmişdim amma götürə bilməmişdim bakıda deyildim deyə yenidən almaq istəyirəm sifariş etməliyəm ya zakaz verdiyim filiala getməliyəm zəhmət olmasa cavablandırın .az | Salam 🦁
Bəli, öncədən qeydiyyatdan keçmisinizsə, bu halda siz Lənkaran, Mingəçevir, Bərdə, Salyan, Quba, Şəki, İsmayillı, Şəmkir, Xaçmaz, Tovuz şəhərlərində, Unibankın filiallarına yaxınlaşaraq kartınızı əldə edə bilərsiniz. Üzərinizdə şəxsiyyət vəsiqəsi olması zəruridir. | leobank.az | 2023-08-01T07:55:27.000Z |
Salam sizde kredit nece verilir, işi olmuyan lar sizde kart içinde pul olan kart götürmək olurmu? | Salam🦁
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay olan, Azərbaycan vətəndaşları əldə edə bilər.
Rəsmi iş yerinizi olmadığı təqdirdə, siz debet kartı kimi sifarış edib şəxsi vəsaitlərinizi saxlaya və istifadə edə bilərsiniz.
Leobankın depozit xüsusiyyəti şəxsi hesabınızda olan məbləğə illik 5% əlavə gəlir əldə etmək imkanı yaradır, əgər kartınızın balansı 10 azn-dən artıq təşkil edirsə. Faiz gündəlik hesablanır və hər ayın 1-də kartınıza köçürülür.
Nağdsız alış-veriş zamanı, 20% qədər cashback qazana bilərsiniz.
Hər ayın əvvəli, bank tərəfindən 6 cashback kateqoriyası (kafe və restoranlar, geyim mağazaları və sair.) seçimi təqdim ediləcək. İstədiyiniz 2 kateqoriyanı seçə bilərsiniz. Cashback balansınız, 10 azn çatdıqda, siz onu şəxsi hesabınıza köçürə bilərsiniz. | leobank.az | 2023-08-01T11:01:34.000Z |
66 qepıye gore 266 manat pul tutmusuz nece geldı yazırsız | Salam🦁
Zəhmət olmasa müraciətinizi daha ətraflı şəkildə qeyd edə bilərsiniz? | leobank.az | 2023-08-01T17:30:28.000Z |
Salam sizde edvleri vurmaq olur karta? | Salam🦁
Bəli, Leobank tətbiqində ƏDV funksiyası mövcuddur.
Hətta siz tətbiqə daxil olmadan Leobank tətbiqin işarənin üzərinə seçim edib saxlayaraq, "Qəbz əlavə etmək" bölməsi əks olunacaq və siz həmin funksiyadan yararlana bilərsiniz. | leobank.az | 2023-08-01T23:24:59.000Z |
Salam, menim sifarisim geri qaytarildigi halda sizin kartla odediyim odenis geri qayitmir. Artiq necenci defedir pulumu geri qaytarmirsiniz! .az | Salam🦁
Qeyd etmək istərdik ki, onlayn şəkildə geri qaytarılan məbləğ 30 gün ərzində geri qaytarılır.
Lakin POS terminal vasitəsi ilə geri qaytarılan vəsait 14 iş günü ərzində geri qaytarılır.
Zəhmət olmasa qeyd edə bilərsiniz, neçə müddət keçib vəsaitin geri qaytarılmasından etibarən? | leobank.az | 2023-08-03T04:07:55.000Z |
Salam sizin niye prablemler söbeniz yoxdu menim bir gece icinde 1200 pul verdiz iki gunen sorada pul kartdan yoxa cixib bang bize deyir ödeyin niye götrmediyim pulu ödeyim | Salam🦁
İlk öncə bildirmək istəyirik ki, əməliyyatlar yalnız tətbiq üzərindən təsdiq vasitəsi ilə və ya sms - 3ds təsdiqi vasitəsi ilə icra oluna bilər.
Hər hansı bir şəkildə müştərinin hesabına müdaxilə edib vəsaitlərin silinməsi qeyri-mümkündür.
Əsas kartın CVV kodu və bitmə tarixi 3-cü şəxslərə təqdim olunması təhlükəlidir bu səbəbdən tövsiyə edərdik ki, qeyd olunan məlumatlar müştərilərimiz tərəfindən qorunub paylaşılmasın.
Əməkdaşımız, sizə şəxsi mesaj ünvanlayıb, zəhmət olmasa, cavablandırardınız. | leobank.az | 2023-08-08T15:43:58.000Z |
En sevdiyim bank idi ən nifrət etdiyim banka çevrildi dizayn yarısı ilə | Salam🦁
Biz çox təəssüf edirik ki, Leobank haqqında sizdə belə bir təəssürat yarandı.
Lakin dizaynlar üzrə müştərilərin müsabiqədə səslərin sayına görə 3 qalib seçilib. | leobank.az | 2023-08-12T18:38:19.000Z |
Heç bir məlumatlandırma olmadan kartdan sms xidmət haqqı tutulub, pulsuz olduğu halda sizin kimi hiyləgər bank yoxdur | Hörmətli müştəri,
ABB-nin müştərisi olmayan şəxslər kartı ödənişsiz əldə edir. ABB-da hər hansısa kart, hesab mövcuddursa, bu halda, endirimli təklif ilə 10 AZN-a kartı əldə edə bilərsiniz.
Hörmətlə,
ABB | abb_bank | 2023-10-05T13:49:22.000Z |
Noyabrın 29-dan üzləşdiyim problemi həll edə bilmirsiz. Müştəri xidməti və texniki xidmətiniz çox bərbaddı | Salam, zəhmət olmasa, şəxsi ismarıc bölməsinə nəzər yetirərdiniz. | unibank.az | 2023-12-18T07:25:14.000Z |
Directe baxardizda | Salam, cavablandırıldı. | unibank.az | 2023-12-11T13:40:25.000Z |
Biz 2021 de kredit goturmuşduk gecikme oldu verildi mehkemeye bir ay pensiyadan çıxdılar indi iki aydı çıxılır kartdan deyirler gecikme var kartdan pulu vurmayıb onu necə gecikme saya bilərsiz ve hansı qanuna əsasən icra tələblərin pozursuz. Size bu ixtiyarı kim verib ki qanunlara qarşi çixasiz | Salam, Hörmətli müştəri.
Belə düşüncədə olmağınız bizi çox təəssüfləndirir. Kapital Bank üçün hər bir müştəri və onlara göstərilən xidmətin səviyyəsi, bank məhsulları haqqında olan düşüncələri, dəyərləndirmələri çox önəmlidir.
Kreditiniz üzrə aktiv gecikməniz olduğu zaman, müqavilə şərtlərinizə əsasən, vəsait Sizə məxsus kart və hesablarınızdan tutulur. | kapital_bank | 2023-09-28T07:35:30.000Z |
mende deyirəm ki kartda pul olduğu halda tutulmur niye ve sizin operator deyir ki tutulmuyanda gətirib oduyursuz mehkeme icrasına əsasən kartdan tutulmalıdır ve bir ayı tutdular sonra yox indide deyirler gecikme var ne gecikməsiinden söz gedə bilər ki pulu siz kartdan vurmalisiz biz negd ödəniş etməli deyilik ve xahiş edirik bizle əlaqə saxlayıb komek edesiz | Müraciətiniz ilə bağlı Sizə tam xidmət göstərə bilməyimiz üçün Birbank mobil tətbiqində ➡ Daha çox ➡ Bankla əlaqə ➡ Çat bölməsindən bizə yazmağınızı xahiş edirik. Əgər sizdə tətbiqimiz hələ yoxdursa, onu http://www.kbl.az/b buradan yükləyə bilərsiniz, bu, cəmi bir neçə dəqiqə çəkəcək. | kapital_bank | 2023-09-28T08:36:18.000Z |
İlk önce Mobil tedbiqinizi düseldin 2023 dü helede düzemelli işlemir programınız | Salam, xəta screeni directə göndərərdiniz, yoxlayaq. | unibank.az | 2023-12-07T10:09:50.000Z |
Mən u kart götürmüşəm hələdə mobil tətbiqə əlavə edə bilmirəm. Mobil tətbiqdə yeni kart əlavə et bölməsi işləmirsə nəyə lazımdır ki? | Salam. Siz Bankda qeyd olan mobil nömrənizlə UBank-da qeydiyyatdan keçsəniz, bu halda, adınıza olan Unibank kartları əks olacaq. | unibank.az | 2023-12-07T13:33:48.000Z |
mendede eyni haldi nece alamadim siz yazani UBank nedi ki? | Salam, UBank-mobil tətbiqdir. Çətinliklə bağlı directə yaza bilərsiniz, köməklik göstəriləcək. | unibank.az | 2023-12-08T11:46:28.000Z |
salam alekum sizden onlayn digital kart sifaris vere bilerem? | Salam, Unibanka aid rəsmi kartınız mövcuddursa, tətbiqdən Digital kart aktivləşdirə bilərsiniz. | unibank.az | 2023-12-25T13:21:04.000Z |
Directe baxın toplaya pul qoydum ve indi pul görsənmir | Salam, cavablandırıldı. | unibank.az | 2023-12-06T12:23:03.000Z |
Toplaya yigilan məbləği en tezi 3 ay olduğda vaxtinnan tez çıxarmağ mümkündür ? | Salam, debet kartınızın AZN hesabı ilə ödəniş edərək YDM-də 0.5% keşbek qazana bilərsiniz. | unibank.az | 2023-12-06T13:25:06.000Z |
Banka bax 1 hefdedi texniki sebeb neblim ne | Salam, zəhmət olmasa, directə yazardınız, yoxlayaq. | unibank.az | 2023-12-06T17:46:30.000Z |
Salam Unibank tədbiqi ilə kart sifariş etdim kartla bağli elaqe nece gelecek. Ve neçə günə geler | Salam. Banka şəxsiyyət vəsiqəsilə yaxınlaşıb pulsuz yerindəcə UCard əldə edə bilərsiniz. | unibank.az | 2023-12-08T06:58:41.000Z |
Topla ne demekdir ki? | Salam. UBank mobil tətbiqində hədəf yaradaraq pul toplamağa imkan verən rəqəmsal əmanət məhsuludur. | unibank.az | 2023-12-09T05:27:58.000Z |
Salam Alekum mən yeni Unibank karti almsam karta ödənisdə kesbek vermir səbəb ? | Salam, harada ödəniş etmisiniz? | unibank.az | 2023-12-09T18:02:07.000Z |
salam araz marketde leokart keczrlidir? | Salam🦁
Siz Leobank kartınız ilə istənilən qadağa olunmayan ödənişlərinizi icra edə bilərsiniz. 😊 | leobank.az | 2023-05-15T07:14:48.000Z |
Kartımızda 70 manat ola ola heç bir ödəniş etmədən öz özünə dəfələrlə pul çıxıldı müştəri xidmətlərinə zəng edirsən deyr biz bilmirik siz necə banksız ki təhlükəsizlik sisteminiz yoxdur və ödəniş çıxılanda təsdiq gəlirdi və gəlmədi bunu siz özünüz edirsiz necə fırıldaqcı banksız siz özünüz hər şeyi edirsiz və heçnədən xəbərniz olmur belə banl təşkilatı olar? Şərəfsiz banksız | Salam🦁
Belə bir hal ilə qarşılaşdığınız üçün çox təəssüf edirik.
Məsələyə tam aydınlıq gətirərək, əməkdaşımız şəxsi mesaj qutunuza müraciət ünvanlayıb , zəhmət olmasa nəzər yetirə bilərsiniz? | leobank.az | 2023-05-18T11:36:26.000Z |
Salam mobil tədbiqden hesabımda olan vəsaiti görə bilmirəm ne etmeliyem | Salam🦁
Məsələyə tam aydınlıq gətirib sizə köməklik göstərmək üçün, əməkdaşımız sizə, şəxsi mesaj yazıb, zəhmət olmasa, nəzər yetirərdiniz. | leobank.az | 2023-05-19T13:33:51.000Z |
Mükəmməlsiniz❤️👏 | Dəstəyiniz bizim üçün çox önəmlidir və bizi daha da yaxşı işləməyə motivasiya edir 😇💕 | leobank.az | 2023-05-23T18:47:33.000Z |
Debet karta aiddir yoxsa taksit? | Salam, taksitli əməliyyat kredit kartı ilə mümkündür. | unibank.az | 2023-11-29T06:02:16.000Z |
Firildagcidilar ozleri qirib kartdan pulu silirler!! | Salam🦁
Ola bilsin ki, siz hər hansı bir sayta abunə olmusunuz.
Hər hansı bir şəkildə müştərinin hesabına müdaxilə edib vəsaitlərin silinməsi qeyri-mümkündür.
Əsas kartın CVV kodu və bitmə tarixi 3-cü şəxslərə təqdim olunması təhlükəlidir bu səbəbdən tövsiyə edərdik ki, qeyd olunan məlumatlar müştərilərimiz tərəfindən qorunub paylaşılmasın.
Əlavə olaraq, tətbiqdə hər hansı bir əməliyatı təstiqləməsəniz, o zaman vəsait məxaric olunmuyacaq. | leobank.az | 2023-05-08T09:40:08.000Z |
Məni necə aldadıblar, indi 4000 Kattan cixilib, hara müraciyət eliyim. Bu xakerlərin tapmaq mümkün du? | Salam🦁
Əməkdaşımız sizə, şəxsi mesaj ünvanlayıb, zəhmət olmasa, nəzər yetirərdiniz.
Hüquq mühafizə orqanlarına müraciət etməyiniz tövsiyyə olunur. | leobank.az | 2023-05-08T14:55:04.000Z |
Salam,leobank ilə xaricə (məsələn türkiyəyə) pul göndərmək və ya başqa ölkədən pul qəbul eləmək olur? | Leobank kartına məxadil olunan zaman komissiya tətbiq olunmur. | leobank.az | 2023-05-08T14:55:59.000Z |
Oz gunahinizdi ele xakker filan bow sohbetdi ozunuz ogurlayirsiz camaatin pulun | Salam 🦁
Sizin şəxsi məlumatlarınızı araşdırmaq üçün, sizi şəxsi mesaj qutunuza nəzarət yetirməyiniz xahiş olunur. | leobank.az | 2023-05-08T19:43:05.000Z |
Salam sizin bankdan 5 min kredit goturmek olarmi ve sertler deyerdiniz zehmet olmasa | Salam 🦁
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, rəsmi cari iş təcrübəsi minimum 6 ay ardıcıl olan, Azərbaycan vətəndaşları əldə edə bilər.
Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır. Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir. Sistem tərəfindən 10 000 AZN-ə qədər kredit limiti təyin oluna bilər.
Əgər, limit təyin olunmasa, o zaman siz kartı debet kartı kimi istifadə edərək, 20%-dək keşbek geri qaytara və şəxsi vəsaitinizin qalığına illik əlavə 5% qazana bilərsiniz (balans minimal 10 AZN təşkil etdiyi halda hesablanır). | leobank.az | 2023-05-28T09:15:53.000Z |
Salam.Her defe kewbek kartimnan pul cixirsiz niye?Bu gun 175 man evezi kartimnan 177 man cixdiz niye? Teze cibe girenlikdi? | Salam, hər vaxtınız xeyir.
Qeyd etdiyiniz məsələ ilə bağlı Sizin kartınız yoxlanılmalıdır və təəssüflər olsun ki, kartınızın burada təhlükəsizlik baxımdan yoxlanılması mümkün deyil. Müraciətiniz ilə bağlı Sizə tam xidmət göstərə bilməyimiz üçün Birbank mobil tətbiqində “Bankla əlaqə” - “Çat” bölməsindən bizə yazmağınızı xahiş edirik. | kapital_bank | 2023-10-03T07:37:55.000Z |
beli, birdeki her kartin ozunun kesbek bolmesi olur yoxsa hamisi bir yerde gosterilir | Yeni kart sifariş edə bilərsiniz, bəli.
Qazanılan bütün bonuslar Cashback hissəsində birgə toplanır. | kapital_bank | 2023-10-03T13:10:41.000Z |
Salam kreditlə.bagll müraciət edirəm geri zəng edilmir | Salam, Hörmətli müştəri.
Zəhmət olmasa, qeyd edin, hansı tarixdə və hansı vasitə ilə müraciət etmisiniz? | kapital_bank | 2023-10-03T17:12:11.000Z |
yeni sazlamalar deyə bir variant yoxdur | Salam, Hörmətli müştəri.
Qeyd etdiyiniz məsələ ilə bağlı sizin kartınız yoxlanılmalıdır və təəssüflər olsun ki, kartınızın burada təhlükəsizlik baxımdan yoxlanılması mümkün deyil. Müraciətiniz ilə bağlı Sizə tam xidmət göstərə bilməyimiz üçün Birbank mobil tətbiqində ➡ Daha çox ➡ Bankla əlaqə ➡ Çat bölməsindən bizə yazmağınızı xahiş edirik. Əgər sizdə tətbiqimiz hələ yoxdursa, onu http://www.kbl.az/b buradan yükləyə bilərsiniz, bu, cəmi bir neçə dəqiqə çəkəcək. | kapital_bank | 2023-10-04T08:31:02.000Z |
Necə edek bizde alag | Salam.
İpoteka sifarişi üçün WhatsApp ilə müraciət edə bilərsiniz: +994509998196 (sürətli keçid üçün linkə tıklayın https://kbl.az/kbwabot)
Müraciətlər 24/7 qəbul olunur və həftəiçi iş günlərində 09:00 – 18:00 arasında sifariş ilə bağlı geriyə zəng edilir. | kapital_bank | 2023-10-04T08:37:34.000Z |
Ipotekani nece goturmek olar? 10.000 manat lazimdi | Salam, Hörmətli Müştəri.
Daxili İpoteka krediti üzrə illik faiz dərəcəsi 5%-dən başlayır. Rəsmi saytımızda şərtlər (lazimi sənədlər, illik faiz dərəcəsi və s.) ilə daha ətraflı tanış ola və sifariş edə bilərsiniz: https://kapitalbank.az/loans/daxili-ipoteka
Qeyd edək ki, kredit rəsmiləşdirilməsi zamanı son qərar kredit mütəxəssisi tərəfindən bildirilir və müvafiq yoxlanışlar aparıldıqdan sonra illik faiz dərəcəsi, kredit məbləği, müddət və s. məlumatlar təyin edilir. Sonda isə qarşılıqlı razılaşma əsasında müqavilə imzalanır. Tərəflərdən birinə hansısa şərt uyğun gəlmədikdə imtina oluna bilər. | kapital_bank | 2023-10-05T13:19:45.000Z |
Salam ipotekabin şertlerini deyerdizde? | Salam! Hörmətli müştəri, qeyd olunan kart debet kartıdır.
Hörmətlə,
ABB | abb_bank | 2023-10-15T14:54:18.000Z |
Salam. Celılabadda ipateka ıle ev götürmek mumkundurmuu? | Salam, Hörmətli Müştəri.
Regionlarda sosial ipoteka - regionlarda (Bakı, Sumqayıt, Abşeron zonası istisna olmaqla) yaşayan və işləyən, rəsmi gəlirə malik əhalinin mənzil əldə etməsi üçün bankın daxili vəsaiti hesabına təqdim etdiyi sosial ipoteka krediti növüdür.
Ətraflı məlumatı qeyd olunan keçiddən əldə edə və müraciət edə bilərsiniz: https://ipoteka.kapitalbank.az/mortgage/internal/item/5 | kapital_bank | 2023-10-20T19:11:41.000Z |
salam.maaşı sizin bankdan alıram.ipotekayla mənzil almaq istəyirdim.Gəncə şəhəri üzrə hansı təkliflərniz var.ilkin ödəniş və faiz dərəcələri? | Salam, Hörmətli Müştəri.
Regionlarda sosial ipoteka - regionlarda (Bakı, Sumqayıt, Abşeron zonası istisna olmaqla) yaşayan və işləyən, rəsmi gəlirə malik əhalinin mənzil əldə etməsi üçün bankın daxili vəsaiti hesabına təqdim etdiyi sosial ipoteka krediti növüdür.
Ətraflı məlumatı qeyd olunan keçiddən əldə edə və sifariş edə bilərsiniz: https://ipoteka.kapitalbank.az/mortgage/internal/item/5 | kapital_bank | 2023-10-21T15:35:06.000Z |
Men kabinet yaratdim.amma melumatlari itirdim sanki.narahat oldum. | Salam, Hörmətli Müştəri.
Sizə köməklik edə bilməyimiz üçün müraciətinizi ətraflı qeyd etməyiniz xahiş olunur. | kapital_bank | 2023-11-06T21:37:59.000Z |
Mənim 15 manatım gelmedi 15geldi 15i gelmedi🥺 ne qədər yazdım her dəfə bir yere yonlendirdiz axırda yazmadım | Salam🦁
Zəhmət olmasa, məsələyə tam aydınlıq gətirərək, sizə köməklik etməyimiz üçün, şəxsi mesaj qutunuzu yoxlaya bilərsiniz? | leobank.az | 2023-06-12T03:59:13.000Z |
Salam mən kartaki pulumu komissiyasız çıxarda bilərəm? Və necə hansı kodnan | Tətbiqdə təyin etdiyiniz kod həm tətbiqin, həmçinin kart üçün təyin etdiyiniz pin-koddur. | leobank.az | 2023-06-13T03:35:32.000Z |
Salam. Leobankda sehven başkasına pul göndərilirb. Ve hemin adam tanımrq sadece çek var elimizde. O pulu nece qaytarmaq olar? | Salam🦁
Məsələnin tezləşdirilməsi üçün və ətraflı məlumatınızı yoxlamağımız üçün, və sizə köməklik göstərməyimiz üçün, zəhmət olmasa, mobil tətbiqdən qeydiyyatdan keçdiyiniz nömrə ilə *7773 nömrəsi əlaqə saxlayıb və ya sizə uyğun olan mesengerlə yazmağınız xahiş olunur. Bunun üçün, mobil tətbiqə daxil olub – “Digər” menyusu – “Dəstək” bölümü – sizə uyğun olan messenger seçmək kifayyətdir. Qeyd etmək istərdim ki, məlumat mərkəzinə edilən zənglər tamamilə ödənişsizdir. | leobank.az | 2023-06-13T21:31:56.000Z |
Salam leo kart hal - hazırda pulsuz verilir? | Salam🦁
Bəli, Leobank kartı tamamilə ödənişsizdir.😊 | leobank.az | 2023-06-15T05:51:42.000Z |
Proqraminiz niye işləmir hal hazirda? | Salam🦁
Hal-hazırda tətbiqlə bağlı heç bir çətinlik müşahidə olunmur. | leobank.az | 2023-06-15T15:31:18.000Z |
Salam rusiyadan pul vurmaq olur leobank kartina | Salam🦁
Təəssüf ki, xeyr. | leobank.az | 2023-06-21T12:07:03.000Z |
Salam niye kart iwlemir odeniw etmek istedim bayaq testiklenmedi ne vaxti duzelecek | Salam 🦁
Mobil tətbiq üzərində bizim tərəfimizdən çətinliklər mövcuddur. Buna görə sizdən üzr istəyirik. Çətinliyi aradan qaldırmaq üçün artıq bütün gücümüzlə çalışırıq . Zəhmət olmasa, bir müddət bizə zaman təqdim edəsiniz ki, biz çətinliyi aradan qaldıraq. Anlayışınıza görə təşəkkür edirik🙏 | leobank.az | 2023-06-22T09:46:51.000Z |
Praqraminiz niye islemir artiq 6 saatdan coxdu bele olmaz axi | Salam🦁
Mobil tətbiq üzərində bizim tərəfimizdən çətinliklər mövcuddur. Buna görə sizdən üzr istəyirik. Çətinliyi aradan qaldırmaq üçün artıq bütün gücümüzlə çalışırıq . Zəhmət olmasa, bir müddət bizə zaman təqdim edəsiniz ki, biz çətinliyi aradan qaldıraq. Anlayışınıza görə təşəkkür edirik🙏 | leobank.az | 2023-06-22T14:37:54.000Z |
Salam. Leo kart ilə alış veriş edirəm amma keşbek gəlmir | Salam🦁
Zəhmət olmasa qeyd edə bilərsiniz, siz ay ərzində seçdiyiniz cashback kateqoriyalar üzrə alış veriş etmisiniz? | leobank.az | 2023-06-24T12:32:32.000Z |
Salam nolar o cashbak i 10m olanda yox 1 2 3 5 6 7 8 9 m olanda da çıxarmaq olsun.Obri bankda necədi siz dədə eele olsun da. | Salam🦁
Təklifiniz bizin üçün çox dəyərlidir. Təşəkkür edirik! | leobank.az | 2023-05-23T10:27:38.000Z |
Salam men kiridit goture bilerem leobankim var. | Salam🦁
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir.
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay və son iş yerdə minimum 1 ay təcrübəsi olan, Azərbaycan vətəndaşları əldə edə bilər. | leobank.az | 2023-05-23T12:12:13.000Z |
Salam, Şir həftəsinə mayın 24 də daxildir, yoxsa 24 nə kimidir? | Salam🦁
Bəli. May ayının 24-ü daxil olmaq şərti ilə, iştirak edə bilərsiniz. | leobank.az | 2023-05-23T13:42:58.000Z |
Kartı yeni aldım amma 5 manat cashback gəlib qurtarmır niyə? | Salam 🦁
Əməkdaşımız sizə şəxsi mesaj ünvanlayıb, zəhmət olmasa, cavablandırardınız. | leobank.az | 2023-05-23T13:59:44.000Z |
Leobank şir bürcüdü??🤔 | Şir həmişə şirdir😎🦁 | leobank.az | 2023-05-23T14:56:11.000Z |
Hecbir odenis elemey olmur..Duzelmiyib helede | Salam🦁
Çətinlik artıq aradan qaldırıb, zəhmət olmasa yenidən əməliyyatı icra edərdiniz. | leobank.az | 2023-05-23T19:15:21.000Z |
Salam. USDT valyutani gelecekde elde etmek mumkun olacaqmi? | Salam🦁
Gələcəkdə hər hansısa yenilik mövcud olarsa müştərilərimizə ətraflı şəkildə məlumat təqdim olunacaqdır. | leobank.az | 2023-05-23T21:03:44.000Z |
Cashback hesabdan sonra necə pul çıxartmalıyiq? bunu bilmirəm. | Salam🦁
Cashback balansınız, 10 azn çatdıqda, siz onu şəxsi hesabınıza köçürə bilərsiniz. | leobank.az | 2023-05-24T12:38:49.000Z |
Lotereya cavablari hacan aciqlanacaq? | Salam🦁
Lotoreya 27 may 2023-cü il tarixində saat 14:00-da Leobank-ın İnstagram səhifəsində canlı yayımlanacaq. Nəticələr leobank-ın sosial şəbəkələrdə rəsmi səhifəsində və Leobank-ın saytında da dərc olunacaq. | leobank.az | 2023-05-24T14:44:38.000Z |
Salam.2 dostumu bu gün yəni sonuncu gündü 24 mayda dəvət etdim.qeydiyatdan keçib.kartı sabah alacaq.5 manat yüklənəcəkmi mənədə həmin dostumada? | Salam🦁
Bəli, qarşı tərəf kartı aktiv etdiyi zaman 5 azn keşbek hesablanacaq. | leobank.az | 2023-05-24T18:27:43.000Z |
FIRILDAQLARI 200 MANAT YEDINIZ KARTIMNAN SƏSİM ÇIXMADI İNDİDƏ 40 MANAT YEDINIZ HARAM XOŞUNUZ OLSUN. CAMAHAT INANMAYIN BU YALANCI FIRILDAQLARA | Salam🦁
İlk öncə bildirmək istəyirik ki, əməliyyatlar yalnız tətbiq üzərindən təsdiq vasitəsi ilə və ya sms - 3ds təsdiqi vasitəsi ilə icra oluna bilər.
Hər hansı bir şəkildə müştərinin hesabına müdaxilə edib vəsaitlərin silinməsi qeyri-mümkündür.
Əsas kartın CVV kodu və bitmə tarixi 3-cü şəxslərə təqdim olunması təhlükəlidir bu səbəbdən tövsiyə edərdik ki, qeyd olunan məlumatlar müştərilərimiz tərəfindən qorunub paylaşılmasın.
Əməkdaşımız, sizə şəxsi mesaj ünvanlayıb, zəhmət olmasa, cavablandırardınız. | leobank.az | 2023-05-25T03:15:05.000Z |
Banka nie daxil olanmram? | Salam 🦁
Mobil tətbiq üzərində bizim tərəfimizdən çətinliklər mövcuddur. Buna görə sizdən üzr istəyirik. Çətinliyi aradan qaldırmaq üçün artıq bütün gücümüzlə çalışırıq . Zəhmət olmasa, bir müddət bizə zaman təqdim edəsiniz ki, biz çətinliyi aradan qaldıraq. Anlayışınıza görə təşəkkür edirik 🙏 | leobank.az | 2023-05-28T15:42:46.000Z |
Kim qalib gəldi? | Salam🦁
Qaliblər haqqında məlumat Leobank.az İnstagram səhifəmizdə təqdim olunub.
https://www.instagram.com/p/CsvwnKNAFM4/?utm_source=ig_web_copy_link&igshid=MzRlODBiNWFlZA== | leobank.az | 2023-05-30T07:48:12.000Z |
Salam mənidə bu gəlmir bu yoxdu olmur | Salam🦁
Məlumatlarınızı yoxlamaq üçün, əməkdaşımız sizin şəxsi mesaj qutunuza müraciət ünvanlayıb, zəhmət olmasa nəzər yetirməyiniz xahiş olunur. | leobank.az | 2023-04-05T09:28:17.000Z |
Leo bankdan razi deyilem fayiz tutur insanlari qandirlar deyiler kamsiyasizdi amma kamsisiya tutur | Salam🦁
Zəhmət olmasa, qeyd edə bilərsiniz hansı komissiyanı nəzərdə tutursunuz? | leobank.az | 2023-04-07T07:36:39.000Z |
Kartim bloklandi ..cvv sehv yazdigim ucun.blokdan cixart duymesinide vyruram netflix kanalin odenisi edenmirem kartimla yenede | Salam🦁
Sizin müvafiq şöbəyə müraciət etməyiniz xahiş olunur. Zəhmət olmasa, +994555154844 nömrəsini mobil cihazın yaddaşına qeyd edərək, WhatsApp və yaxud Telegram-dan mesaj vasitəsi ilə məlumatı bildirin. Bizim mütəxəssislərimiz sizə görüntülü zəng edəcək və məsələnin həll olunması üçün yardımçı olacaqlar. Üzərinizdə FİN kod olan sənədin əsli olması zəruridir (şəxsiyyət vəsiqəsi, xarici pasport və ya sürücülük vəsiqəsi). Qeyd etmək istərdim ki, müraciətlər növbəli şəkildə icra olunur. | leobank.az | 2023-04-07T07:58:38.000Z |
mən de sehven basqasinin kartına pul atmışam necə geri alacağımı bilmirəm.leo komey etsen sevinerem | Salam🦁
Sizə köməklik göstərməyimiz üçün, zəhmət olmasa, mobil tətbiqdən qeydiyyatdan keçdiyiniz nömrə ilə *7773 nömrəsi əlaqə saxlayıb və ya sizə uyğun olan mesengerlə yazmağınız xahiş olunur. Bunun üçün, mobil tətbiqə daxil olub – “Digər” menyusu – “Dəstək” bölümü – sizə uyğun olan messenger seçmək kifayyətdir. Qeyd etmək istərdim ki, məlumat mərkəzinə edilən zənglər tamamilə ödənişsizdir. | leobank.az | 2023-04-07T22:23:49.000Z |
Salam sizinlə necə əlaqə saxlaya bilərəm? | Salam🦁
Bizimlə əlaqə üçün, siz *7773 nömrəsi ilə 7/24 əlaqə saxlaya bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirəm ki, zənglər tamamilə ödənişsizdir. | leobank.az | 2023-04-10T16:00:49.000Z |
Yaxşı olardki CAŞBAK KATAKORİYASINI 2 YOX 4 EDİN .BU BELƏDƏ AZDIR.HƏMDƏ İSTİFADƏ EDTYMİZ PULA AZ CAŞBAK DÜŞÜR. | Salam🦁
Təklifiniz üçün təşəkkür edirik, sizin fikriniz bizim üçün çox önəmlidir. Gələcəkdə hər hansısa yenilik mövcud olarsa müştərilərimizə ətraflı şəkildə məlumat təqdim olunacaqdır. | leobank.az | 2023-04-14T15:08:07.000Z |
Məndə olmur? Necə edim olsun | Salam🦁
Zəhmət olmasa, qeyd edərdiniz, siz tətbiqin son versiyasını yükləmisiniz? | leobank.az | 2023-04-18T16:49:03.000Z |
Salam mendede yoxdur bu nie? | Salam🦁
Məlumatlarınızı yoxlamaq üçün, əməkdaşımız sizin şəxsin mesaj qutunuza müraciət ünvanlayıb, zəhmət olmasa nəzər yetirərdiniz. | leobank.az | 2023-07-25T11:19:53.000Z |
Salam olmuyanlardav nə etmək lazımdır bizdə aktiv edək yoxdur elə bir şey | Salam🦁
Zəhmət olmasa, qeyd edə bilərsiniz mobil cihazınızda nfc funskiya mövcuddur? | leobank.az | 2023-07-31T02:27:31.000Z |
Size sms yazmisam baxib cavablandirardiz zehmet olmasa | Salam, cavablandırıldı. | unibank.az | 2024-01-23T10:06:41.000Z |
Salam vatsap xəttini necə bilim? | Salam, profilə daxil olub, yuxarı hissədə link-dən daxil ola bilərsiniz. | unibank.az | 2024-01-25T08:18:30.000Z |
Hal hazırda pul köçürməsi edirəm ama mümkün olmur. Səbəb nədir? | Salam🦁
Hal-hazırda karta köçürmələr bir qədər gecikmə ilə icra olunur.
Yaşanmış halla bağlı sizdən üzr istəyirik, mütəxəssislərimiz çətinliyin aradan qaldırılması ilə bağlı işləri davam etdirirlər.
Anlayışınız üçün təşəkkür edirik. | leobank.az | 2023-08-10T11:44:43.000Z |
Hersey eladi. Amma her valyuta çevrilmesinde 1.1 faiz itki olur. Satış zamanı manata çevirme mecburi olmasa daha yaxşı olar. | Salam 🦁
Təklifinizə görə təşəkkür edirik, bizim üçün hər müştərinin fikri çox önəmlidir.
Məlumat müvafiq şöbəyə təqdim olunacaq. | leobank.az | 2023-08-11T10:09:15.000Z |
Salam. misal telefonum format ve ya nese oldu onda leobanka giriş ede bilecik? | Salam 🦁
Leobank tətbiqini yenidən yükləyib, qeydiyyatdan keçdiyiniz nömrəni qeyd edəcəksiniz əlavə olaraq pin kod, və yenidən tətbiqə daxil ola biləcəksiniz. | leobank.az | 2023-08-11T18:18:26.000Z |
Men başa düşe bilmirem | Salam🦁
İnvestisiyalar - Leobank proqramında yeni bölmədir, və qeydiyyatdan keçmiş müştərilər Amerika birjaları NYSE və NASDAQ-da siyahıya alınmış səhmlər, kriptovalyutalar və digər maliyyə alətləri ilə birbaşa proqramda ticarət edə biləcəklər.
Ilk öncə qeyd etmək istərdik ki, alış-veriş zamanı Leobank tərəfindən vergi tətbiq olunmur.
Kriptovalyutanızı portfeldə 30 günə qədər tamamilə komissiyasız saxlaya bilərsiniz, lakin 31 ci gündən etibarən, illiyin 8% gündəlik hesablanılır və kriptovalyutanı satdıqda, tədbiq olunur.
Kriptovalyuta - 2% minimum 1 manat ( kredit vəsaitlər üzrə əlavə 2%)
Aksiya və fondlar 0.5% minimum 1 manat ( kredit vəsaitlər üzrə əlavə 2%)
Sərmayələr -niz gəlirli olsun! | leobank.az | 2023-08-13T13:16:45.000Z |
Salam mən leo işlədirəm və yeni 2 ci leo kart sifariş etməy isdəyirəm iki kartıda isdifadə edə bilərəm ? | Salam🦁
Təəssüf ki, bir şəxs yalnız bir Leobank kartı əldə edə bilər. | leobank.az | 2023-08-13T18:35:50.000Z |
Salam. Mənim Leo kartından 77 manat pul silindi. Google təminat xidməti üçün mən onu necə bilim bu nə xitmətidi? Bu pulu geri qaytarmaq mümkündür? | Salam🦁
Məsələyə tam aydınlıq gətirərək, əməkdaşımız şəxsi mesaj qutunuza müraciət ünvanlayıb , zəhmət olmasa nəzər yetirə bilərsiz? | leobank.az | 2023-08-14T13:38:10.000Z |
Salam bu kartin rayonlara catdiripmasi var? | Salam🦁
Zəhmət olmasa qeyd edə bilərsiniz, hansı rayon üzrə maraqlanırsınız? | leobank.az | 2023-08-14T14:44:35.000Z |
Salam bu Horadiz şəhərinə çatdırılır? | Salam🦁
Təəssüf ki qeyd etdiyiniz ərazidə çatdırılma xidməti göstərilmir.
Lakin siz kartı sifariş edərək, Unibank-ın Bərdə filialından əldə edə bilərsiniz. | leobank.az | 2023-08-14T18:25:46.000Z |
Salam kartim bloklanib nece cixara bilerem muwderi koduvuzuda bilmirem | Salam🦁
Sizə qayğı göstərmək xoşdur. Bizimlə i 24/7 əlaqə yarada bilərsiniz
*7773 nömrəsinə zəng edə bilərsiniz. | leobank.az | 2023-08-15T07:23:50.000Z |
Salam. Sərmayələr bölməsinin əlçatan olması üçün filiala yaxınlaşaraq müqavilə imzalamalıyam? | Salam🦁
Məsələyə tam aydınlıq gətirərək, əməkdaşımız şəxsi mesaj qutunuza müraciət ünvanlayıb , zəhmət olmasa nəzər yetirə bilərsiz? | leobank.az | 2023-08-15T16:19:55.000Z |
Sermayeler bolmesini banka yaxinlasmadan aktiv etmek mumkundur | Salam🦁
Sərmayələr bölməsində qeydiyyatdan keçmək üçün, şəxsiyyət vəsiqənizlə, kartlarımızı təqdim etdiyimiz, istənilən Unibank filialına yaxınlaşaraq, qeydiyyatdan keçmək və sənədləri imzalamaq istəyinizlə bağlı, Leobank əməkdaşımıza müraciət edə bilərsiniz.
Funksiya tətbiqimizdə işə salındıqdan sonra ondan istifadə etməyə başlaya bilərsiniz.
Sərmayələr bölməsində qeydiyyat tamamilə pulsuzdur, və heç bir əlavə öhdəlik tələb olunmur. | leobank.az | 2023-08-20T06:51:30.000Z |