question
stringlengths 6
1.94k
| answer
stringlengths 1
1.99k
⌀ | bank
stringclasses 6
values | datetime
stringlengths 24
24
⌀ |
---|---|---|---|
kartdan naglasdirma etmek ucun pin kodu nece bile bilerem? | Zəhmət olmasa, qeyd edəsiniz, PIN kodu təyin etdikdən sonra PIN kodu unutmusunuz? | kapital_bank | 2023-11-09T12:13:17.000Z |
pin kod nece teyin edilir onu bilmek isteyirem ilk defe kart alacam | PIN kodun təyin olunma qaydası ilə saytımızda ətraflı şəkildə tanış ola bilərsiniz: https://www.kapitalbank.az/card-services | kapital_bank | 2023-11-09T12:21:42.000Z |
cox sagolun bes filialda alanda ozunuz pin vermirsiz? | Filialda sifariş olunan kartın PIN kodunu özünüz təyin edəcəksiniz. Bank tərəfindən PIN kod təqdim olunmur. | kapital_bank | 2023-11-09T12:35:50.000Z |
bes bir bank tetbiqinde qeydiyyat edende kart ucun deyir pin kodu yazin | Birbank mobil tətbiqində kart üzrə qeydiyyatdan keçən zaman kartın PIN kodu, kartın nömrəsi və mobil nömrə daxil olunmalıdır. PIN kod bankomatda nağdlaşdırma əməliyyatlarında istifadə olunan 4 rəqəmli məxfi koddur. Karta təyin etdiyiniz PIN kod, kartın nömrəsini və mobil nömrə daxil edərək, kart üzrə qeydiyyatdan keçmək mümkündür. Kapital Banka məxsus aktiv kartınız yoxdursa, ''FIN üzrə identifikasiya'' bölməsindən qeydiyyatdan keçə bilərsiniz. | kapital_bank | 2023-11-09T14:19:53.000Z |
bes mende deyirem ki mene basa salin bes filialda pin kod vermirlerse men ozum etmeliyemse qeydiyyatan kecende bes pin teyin etmeliyem de pini teyin etmek ucun qeydiyyat yerine ne yazim axi hele pinim yoxdu | Kartı filialda əldə edən zaman filial əməkdaşları tərəfindən POS-terminal təqdim olunacaq. POS-terminala kartı daxil edərək, PIN kod təyin edəcəksiniz. Daha sonra təyin etdiyiniz PIN kod vasitəsilə Birbank mobil tətbiqində qeydiyyatdan keçə biləcəksiniz. | kapital_bank | 2023-11-09T14:51:41.000Z |
cox sagolun kapital bank . | Kapital Banka müraciət etdiyiniz üçün təşəkkür edirik. Gününüz uğurlu olsun! | kapital_bank | 2023-11-09T15:08:09.000Z |
Senbe gunu hansi filialniz iwleyir | Salam, Hörmətli Müştəri.
Kapital Bankın Bravo 1,2,3,4 filiallarında, Gənclik mall, 28 Mall və Sahil filialında qeyri-rəsmi iş günlərində 10:00 – 19:00 aralığında xidmət göstəriləcəkdir.
Zəhmət olmasa, qeyd edəsiniz, hansı əməliyyatın icrası ilə bağlı filiala yaxınlaşmaq istəyirsiniz? | kapital_bank | 2023-11-10T09:37:31.000Z |
Debet kartlar üçündə keçərlidir? | Salam🦁
"Hissə -hissə ödəniş" ödəniş funksiyasından yalnız kredit limiti olan müştərilər yararlana bilərlər. | leobank.az | 2023-08-03T10:21:40.000Z |
var? Baxaram, amma mən tapa bilmədim, İrşad var idi | Salam🦁
Qeyd etmək istərdik ki, hal-hazırda Kontak Home mağazalarda alış veriş edərək, hissə-hissə ödəniş edə bilərsiniz.
Baku Electronics ilə bağlı təklifinizə görə təşəkkür edirik, fikriniz nəzərə alınacaq, bizim üçün hər müştərinin fikri çox önəmlidir. | leobank.az | 2023-08-03T14:44:17.000Z |
Salam.men bow leokart almiwam.aktiv olunandan sora mene kredit yazilib.onu nece legv etmek olar.mene bow kart lazimdi | Salam🦁
Qeyd etmək istərdim ki, kredit vəsaitindən istifadə etmirsinizsə, buna görə banka heç bir vəsait ödəmirsiniz. Bu, sizin ehtiyatda olan məbləğinizdir, siz ondan istənilən vaxt istifadə edə bilərsiniz.
Limitdən istifadə etsəniz, 62 günə qədər güzəşt müddətiniz var və bu müddət ərzində vəsaiti tamamilə faizsiz qaytara bilərsiniz. Təcrübə göstərir ki, əksər müştərilər bu müddət ərzində xərclədikləri məbləği qaytara bilirlər. Bu səbəbdən kartınızda kredit limiti təyin olunduğu zaman, heç bir vəsait itirmirsiniz.
Zəhmət olmasa mobil tətbiqin digər bölməsindən , dəstək bölməsinə keçid alaraq bizə müraciət edin və ya *7773 nömrəsi ilə qeydiyyatdan keçdiyiniz nömrədən əlaqə saxlayardınız ki, əməkdaşlar sizə köməklik göstərsin, qeyd edim ki zənglər tamamilə ödənişsizdir. | leobank.az | 2023-08-03T18:03:50.000Z |
Elit-Optimal-da olsa lap ela olar | Hörmətli izləyici, TamKart kredit/taksit kartı ABB və ya digər banka məxsus əmək haqqı kartı əsasında təqdim olunur. Linka daxil olaraq, TamKart sifarişi edə bilərsiniz:
https://kredit.abb-bank.az/tamkart
Hörmətlə,
ABB | abb_bank | 2023-08-06T06:24:00.000Z |
Prablemler söbeniz hardadi biz ora muraciyet edek | Salam🦁
Məsələyə tam aydınlıq gətirərək, əməkdaşımız şəxsi mesaj qutunuza müraciət ünvanlayıb , zəhmət olmasa nəzər yetirə bilərsiz? | leobank.az | 2023-08-08T15:36:55.000Z |
Leo bankdan başqa kart tanimiram 😍😍😍😍😍😍😍 bunu bütün səmimiyətimlə deyirem | Salam🦁
Xidmətimizdən məmnun qaldığınız üçün, biz çox şadıq.
Ən yüksək xidmət ilə sizi sevindirməyə söz veririk! | leobank.az | 2023-08-15T15:35:53.000Z |
Salam nece elde ede bilerik | Salam🦁
Kartı sifariş etmək üçün, Leobank tətbiqini App Store və ya Play Market-dən yükləməyiniz xahiş olunur.
Tətbiqdə qeydiyyat keçərək, kartın çatdırılma üsulunu seçdiyiniz zaman, kartınızı tamamilə ödənişsiz şəkildə əldə edə bilərsiniz. | leobank.az | 2023-08-16T17:05:33.000Z |
Beli taksit borcumu. Noyabr ayini odeniwem. Elave her magazadan dekabr borcunu odemek isteyirem Confirm verirem hecne deyiwmir qalir | İlk öncə qeyd etmək istərdik ki, yaranmış hal ilə bağlı təəssüf edirik.
Məlumatları qeyd etdiyiniz üçün təşəkkür edirik.
Sizin təqdim etdiyiniz məsələ ilə bağlı müraciətiniz şəxsi mesaj bölməsində cavablandırıldı. Zəhmət olmasa, şəxsi mesaj bölməsinə daxil olaraq, qeyd olunan qaydada müraciət edə bilərsiniz. | kapital_bank | 2023-11-02T13:10:15.000Z |
Salam kapital bank kartim bloklanib nece duzeldmek olar | Salam, Hörmətli Müştəri.
Birbankda kart üzrə qeydiyyatda PIN kodu aşağıdakı qaydada blokdan aça bilərsiniz: Hesablar və kartlar - PIN kodu blokda olan kartı seçin - Tənzimləmələr - PIN cəhdlərini sıfırla.
Əlavə olaraq qeyd etmək istərdik ki, xidmət tam ödənişsizdir. | kapital_bank | 2023-11-02T13:18:33.000Z |
Salam bayaq instaqramdan mənə Ocean Recourcer adlı bir reklam saytı gəldik ad günümüz münasibətilə 500 nəfərə 200azn verəcəyik 🤦🏼♀️daxil oldum və kart nömrə ad cv falan daxil elədikdən sonra mənə pin kodu istəyəndə şüpələndim ki doğru olsaydı bank məndən pin kodu tələb edməzdi və çıxdım yazmadım pin🤦🏼♀️ | Salam, Hörmətli Müştəri.
Qeyd olunan məlumat rəsmi məlumat deyildir, vəsait itkisinin qarşısını almaq üçün təsdiq üçün göndərilən dördrəqəmli şifrəni, kartın arxa hissəsindən üçrəqəmli nömrəni, kart üçün təyin etdiyiniz dördrəqəmli şifrəni, Birbank qeydiyyatı üçün göndərilmiş dördrəqəmli şifrəni, Birbank qeydiyyatınızın nömrəsini və şifrəsini, naməlum nömrələr ilə şəxsi məlumatları paylaşmayasınız, zəhmət olmasa.
Zəhmət olmasa, qeyd edəsiniz, kart və Birbank qeydiyyatınızın məlumatlarını qeyd etməmisiniz? | kapital_bank | 2023-11-05T06:25:27.000Z |
. Kart nömrəmi ad soyad cv nömrəmi qeyd elədim sonra pin kodu istədi pin kodu yazmadım çıxdım. | Kartın 16 rəqəmini və kart müddətini qeyd etmisinizsə, Birbankda kart üzrə qeydiyyatda kartı aşağıdakı qaydada bağlaya bilərsiniz: Hesablar və kartlar – bağlamaq istədiyiniz kartı seçin - Tənzimləmələr - Kartı bloklamaq.
Kartı blokladıqdan sonra yenidən şəxsi debet kart sifariş edə bilərsiniz.
Kapital Banka məxsus şəxsi debet kartlar ilə bağlı ətraflı məlumatı qeyd olunan keçiddən əldə edə və onlayn qaydada sifariş edə bilərsiniz: https://www.kapitalbank.az/cards/simpleCards
Həmçinin, Birbank mobil tətbiqində "Bank məhsulları - Kartlar" bölməsinə daxil olaraq şəxsi debet kartlar ilə bağlı ətraflı məlumatı qeyd olunan keçiddən əldə edə və onlayn qaydada sifariş edə bilərsiniz.
Kart kredit kartı idisə, şəxsiyyət vəsiqəniz ilə Kapital Bankın istənilən filialına müraciət edərək yeni kart əldə edə bilərsiniz.
Kart və Birbank qeydiyyatınızın bloklanmasını istəyirsinizsə, istənilən vaxt şəxsi mesajda qeyd olunan qaydada müraciət edə bilərsiniz. Təhlükəsizliyinizin qorunması məqsədilə kart hesablarınızın və Birbank qeydiyyatınızın bloklanması tövsiyə olunur. | kapital_bank | 2023-11-05T06:31:51.000Z |
Salam mende birkart taksit karti var ,aliw veriw elemek isdiyirem ama yazilir ki ,,desteklenmiyen kart | Salam, Hörmətli müştəri.
Qeyd olunan çətinliklə əlaqədar şəxsi mesajda qeyd olunan şəkildə müraciət etməyiniz xahiş olunur. | kapital_bank | 2023-11-06T08:52:58.000Z |
Salam,men dunen emeliyyat etmishem,ugursuz odenish oldu online olarag,814 usd,ve pul kartima geri gayitmadi,garshi terefede kecmiyib,pul havadadir,ve heckim komeylik gostermir teesufki,deyiller oturub gozluyun 14 ish gunune geder,pul oturmasa sonradan sorgu yaradin,az mebleg deil,niye tecili hell etmirsiz,dehshet,bu geder meblegi bele cixirki 1 aydan cox oturub gozlemeliyem? | Salam, Hörmətli müştəri.
Üzləşdiyiniz hal ilə bağlı təəssüf edirik.
Qeyd etdiyiniz məsələ ilə bağlı sizin kartınız yoxlanılmalıdır və təəssüflər olsun ki, kartınızın burada təhlükəsizlik baxımdan yoxlanılması mümkün deyil. Müraciətiniz ilə bağlı Sizə tam xidmət göstərə bilməyimiz üçün Birbank mobil tətbiqində ➡ Daha çox ➡ Bankla əlaqə ➡ Çat bölməsindən bizə yazmağınızı xahiş edirik. Əgər sizdə tətbiqimiz hələ yoxdursa, onu http://www.kbl.az/b buradan yükləyə bilərsiniz, bu, cəmi bir neçə dəqiqə çəkəcək. | kapital_bank | 2023-11-07T12:32:02.000Z |
orda hec bir komeylik gosterilmir,deyiller 14 ish gunune kimi gozluyun pul oturmasa sorgu yaradarsiz,bele rahatlig olar?sorgumu indiden yaradiram 14 gun gozlemek istemirem,telefonlada zeng etmishem eyni sozler deyilib,baxilmir meseleye teesufki,demek menim pulum 814 usd qalmalidir kapitalda,belke mene tecili o mebleg lazimdir,niye komeylik gosterilmi? | Təəssüflər olsun ki, şərtlərə əsasən qeyd olunan müddət tamamlandıqdan sonra müraciət qeydə almaq mümkündür. | kapital_bank | 2023-11-07T12:51:01.000Z |
Dle duzduka mesgulsu uje siz cahamatin basini aldadirsinzi guya meslyetlisiniz dele duzduzdugu siz ozuniz edirsinz | Salam.
Müraciətiniz digər şərhinizdə cavablandırıldı. | kapital_bank | 2023-11-12T06:03:45.000Z |
Salam karonadan gələn pulu Şuşa filyalınıza yaxınlaşsam götürə bilərəm? | Salam, Hörmətli müştəri.
Onlayn növbə əldə edərək, vəsaiti istənilən filialdan əldə edə bilərsiniz. | kapital_bank | 2023-11-13T08:53:02.000Z |
salam men kart göturmek isdiyirem nece kömey ede bilersiz mene yani adim soy adim kartin uzerinde yazilsin isdiyirem | Salam.
Sizə uyğun Birbank kartını Birbank tətbiqində “Daha çox” - “Bank Məhsulları” - “Kartlar” bölməsindən əldə edə və ya saytımızda sifariş edə bilərsiniz: https://www.kapitalbank.az/cards
Bakı, Sumqayıt və Abşeron ərazisi üzrə sifariş olunan kartlar 7 iş günü, bölgələr üzrə sifariş olunan kartlar 14 iş günü ərzində filiala çatdırılır. Kuryer vasitəsilə ünvana çatdırılma ilə kart sifariş edilibsə, müştərinin seçdiyi tarixdə və saatda kart çatdırılır (ən tezi həmin günü). Ünvana çatdırılma xidməti Bakı, Sumqayıt və Abşeron əraziləri üçün təklif olunur. | kapital_bank | 2024-02-08T16:51:06.000Z |
Salam menim tam kartimda 39 manat pul var çixara bilmiremnede basqa karta koçure bilmirem sebeb nedi yazilirki kart uzre mexreci kecmisiniz | Salam. Hörmətli müştəri, Tamkart kredit üzrə borc olduqda, vəsaitin istifadəsi mümkün olmur. ABB Mobile-da şəxsi kabinetə daxil olaraq, borcunuzu izləyə bilərsiniz.
Hörmətlə,
ABB | abb_bank | 2023-12-30T10:18:12.000Z |
bes vetiranliq pensiya koçduyunude gosdermir heç hecvaxt bele olmurdu indi nie bes hamsini çixib | Hörmətli müştəri, yaxın zamanda artıq hesaba köçürüləcək. Gözləməyiniz xahiş olunur.
Hörmətlə,
ABB | abb_bank | 2023-12-30T10:27:42.000Z |
Salam. Menim u card var 1 dene cox raziyam . Birinide sifaris ede bileremmi ? | Salam, UCard məhsulu yalnız bir nüsxə təqdim olunur, lakin digər debet məhsullarını əldə edə bilərsiniz. | unibank.az | 2023-12-20T14:40:06.000Z |
Dünən Baki kartima online odəmə etmişəm .Ancaq hələ də kartimin balansi artmayib.Səbəbi nədir | Salam, Zəhmət olmasa, directə yazardız, yoxlanılıb, məlumat bildiriləcək. | unibank.az | 2023-12-21T11:01:15.000Z |
Salam , mən nomremi ve telefonumu deyismisem leo bankda qeydiyyatdan kecdiyim nomre artiq islemir. Yeni nomremle nece qeydiyyatdan keçe bilerem.? | Salam🦁
Bu halda nömrənizi dəyişmək üçün, zəhmət olmasa sizin müvafiq şöbəyə müraciət etməyiniz xahiş olunur.
Bunun üçün, +994555154844 nömrəsini mobil cihazınızın yaddaşına qeyd edib, Telegram vasitəsi ilə mesaj göndərə bilərsiniz.
Müraciət edərkən üzərinizdə FİN kod əks olunan sənədlərdən birinin əslini (şəxsiyyət vəsiqəsi, xarici pasport və ya sürücülük vəsiqəsi) təqdim etməlisiniz. Mütəxəssislərimiz çətinliyin həllində mütləq sizə kömək edəcəklər.
Qeyd etmək istərdim ki, müraciətlər növbəli şəkildə icra olunur. Səbriniz üçün təşəkkür edirik. | leobank.az | 2023-11-04T11:12:34.000Z |
salam men sizde kirdit var artmaq isdeyrem olmur | Salam, kredit sorğunuz mövcuddur? | unibank.az | 2023-12-22T15:07:14.000Z |
Salam mənim başqa baga kireditim var sizdən götürə bilərəm onu bağlıyıb | Salam, buyurun, müraciət edə bilərsiniz. Kreditin ayrılması fərdi təhlilə əsasən müəyyən olunur. | unibank.az | 2023-12-22T20:48:34.000Z |
Salam. Bayram günləri siz də işləməyəcəksiniz .az ? | Salam, bayrama yaxın günlərdə rəsmi iş cədvəlinə dair məlumat bildiriləcək. | unibank.az | 2023-12-23T14:42:34.000Z |
Salam mən kredit istəyirəm. Rəsmi iş yerim var. 770 m maaş alram | Salam, rəsmi iş yeriniz və ya rəsmi gəliriniz (əmək haqqı , təqaüd və s.) mövcuddursa, Sizə Unibankda kredit ayrıla bilər. Tək şəxsiyyət vəsiqəsi ilə müraciət etməyiniz kifayətdir. Bankda elektron arayış çıxarılacaq. Kredit əldə etmək istəyirsinizsə, directdə bizə yazardınız müraciətiniz yönləndirilsin. | unibank.az | 2023-12-25T19:31:23.000Z |
10 000 goturende | Salam, müddət 48 aya-dək-dir. Son 9-12 ay ərzində fəaliyyət göstərən biznesiniz varsa, mikro-kredit üçün müraciət edə bilərsiniz. Zəhmət olmasa şəxsi ismarıcla ad, soyadınızı, əlaqə nömrənizi, kreditə götürmək istədiyiniz məbləği, biznesinizin fəaliyyətini və ünvanını qeyd edin, Sizinlə qısa müddət ərzində əlaqə saxlanılacaq. | unibank.az | 2023-12-28T04:48:13.000Z |
Salam kredit faizi nə qədərdir? 10000 manat üçün. Rəsmi iş yeri var. | Salam, zəhmət olmasa, şəxsi ismarıc bölməsindən müraciət edərdiniz, kredit mütəxəssisləri sizi məlumatlandırsınlar. | unibank.az | 2024-01-01T09:31:46.000Z |
Salam meni diger bir banga 1970m borcum var onu sizde goturub bagliya bilerem?hemde artiqda pul isteyirem onan elave. Qeyd edimki diger banga 1 ce gun olsun bele gecikmem yoxdur. Sadece baglamag isteyirem orani | Salam, rəsmi iş yeriniz və ya rəsmi gəliriniz (əmək haqqı , təqaüd və s.) mövcuddursa, Sizə Unibankda kredit ayrıla bilər. Tək şəxsiyyət vəsiqəsi ilə müraciət etməyiniz kifayətdir. Bankda elektron arayış çıxarılacaq. Kredit əldə etmək istəyirsinizsə, directdə bizə yazardınız müraciətiniz yönləndirilsin. | unibank.az | 2024-01-04T18:11:09.000Z |
Salam taksi xidmetine kredit verirsiniz | Salam. Son 9-12 ay ərzində fəaliyyət göstərən biznesiniz varsa, mikro-kredit üçün müraciət edə bilərsiniz. Zəhmət olmasa şəxsi ismarıcla ad, soyadınızı, əlaqə nömrənizi, kreditə götürmək istədiyiniz məbləği, biznesinizin fəaliyyətini və ünvanını qeyd edin, Sizinlə qısa müddət ərzində əlaqə saxlanılacaq. | unibank.az | 2024-01-07T08:43:17.000Z |
Salam proqram koda düşüb 117*ye zəng vur deyir, mobilden zeng vurdum bitməyən musiqimiz konturumu bitirdi ev telefon yox , getməyə də yolum düsmedi. Bezdim bu koda düşübde acdirmaqdan. | Salam, zəhmət olmasa, directə nəzər yetirərdiniz. | unibank.az | 2024-01-10T10:37:42.000Z |
Yenileye bilerem? | Salam, rəsmi iş yeriniz və ya rəsmi gəliriniz (əmək haqqı , təqaüd və s.) mövcuddursa, Sizə Unibankda kredit ayrıla bilər. Tək şəxsiyyət vəsiqəsi ilə müraciət etməyiniz kifayətdir. Bankda elektron arayış çıxarılacaq. Kredit əldə etmək istəyirsinizsə, directdə yazardınız. | unibank.az | 2024-01-19T15:42:43.000Z |
Direkre baxılmır | Salam, sorğunuz qeydə alınıb. | unibank.az | 2024-01-26T05:57:53.000Z |
Salam resmi is yeri teleb olunur | Salam, kredit rəsmi gəlir və ya şəxsi biznes əsasında ayrıla bilər. | unibank.az | 2024-01-28T20:39:52.000Z |
Salam. Kapital bankın mərdəkan flialına kart sifariş etmişəm. Lakin əcəmi flialından götürmək istəyirəm. Onu necə etmək olar? Əcəmi yada xırdalan flialından götürmək olar?? | Salam, Hörmətli müştəri.
Kartınızı onlayn şəkildə sifariş etmisiniz yoxsa necə ? | kapital_bank | 2023-10-23T17:38:08.000Z |
Salam Aktiv vakansiya Qeydiyatan necə keçmək olur? | Salam, Hörmətli müştəri.
Kapital Bank-da mövcud olan vakansiyaların siyahısı ilə saytımızda tanış olub sizə uyğun olan vakansiya üzərində müraciət edə bilərsiniz: https://kapitalbank.az/career
Həmçinin qeyd olunan link vasitəsilə Linkedin səhifəsinə daxil ola və Job bölməsini izləyə bilərsiniz : https://www.linkedin.com/jobs/ | kapital_bank | 2023-10-24T11:28:49.000Z |
500 manat lazimd | Salam, hər vaxtınız xeyir.
Nağd krediti və ya Birbank taksit kartını Birbank mobil tətbiqində “Bank Məhsulları” bölməsindən əldə edə və ya WhatsApp üzərindən sifariş üçün müraciət edə bilərsiniz: +994509998196 (sürətli keçid üçün: https://kbl.az/kbwabot). Müraciət ilə bağlı saat 09:00-18:00 aralığında kredit mütəxəssisi tərəfindən əlaqə saxlanılır və ətraflı məlumat təqdim olunur. ✅ | kapital_bank | 2023-10-29T11:20:56.000Z |
Keşbək kateqoriyasında QR 10% seçmişəm partyor olan grandmartda aləş veriş etmişəm niyə 3%hesablandı? | Salam, aylıq bonus hesablanır, sadəcə məbləğ 1 AZN-i keçmədikdə balansa köçmür. | unibank.az | 2023-11-03T17:11:59.000Z |
bu təqaüdü, prezident təqaüdü alan tələbələr də qazana bilər? | Salam, Hörmətli müştəri.
Dəqiq məlumat təqdim olunması üçün, şəxsi mesajda ad, soyad, ata adınız və əlaqə nömrənizi təqdim etməyiniz xahiş olunur. Zəhmət olmasa, daha sonra məlumatları qeyd etdiyinizi şərh bölməsində bildirəsiniz. | kapital_bank | 2023-10-12T07:01:36.000Z |
Salam, birkartım vardı və gecikməm olmamışdı. 1 ildən çoxdur ki, sizin müştərinizəm. Kartı bağlamışdım, indi yenisini istəyirəm lakin mənə düşmədiyini bildirdilər. O vaxt 250 manat maaşla ala bilmişdim, indi 360 manatla ala bilmirəm. Səbəb nədir? | Salam, Hörmətli müştəri.
Biz hər bir müraciətə fərdi yanaşaraq, müxtəlif ünsürləri və məlumatları dərindən təhlil edərək qərarları qəbul edirik. Təəssüf ki, kredit məhsulların təqdim edilməsi hər zaman mümkün olmur. | kapital_bank | 2023-10-12T09:19:54.000Z |
Kapital Kartlara 200 250 azn pul verirsiz düzgün məlumatdı bu.? | Salam, Hörmətli müştəri.
Qeyd olunan məlumat, Kapital Banka məxsus deyil. Həmin şəxslərə, hər hansısa məlumat təqdim etməməyiniz tövsiyə olunur. | kapital_bank | 2023-10-12T10:01:08.000Z |
Salam 18 yaş altı uşaqlara hesap açmaq mümkündür? | Salam, Hörmətli Müştəri.
Bəli, bunun üçün hər iki valideyn ilə həmin şəxs filiala yaxınlaşmalıdır. | kapital_bank | 2023-10-13T08:36:34.000Z |
Salam men birkart üçün ve nagd kredit elde etmek üçün müraciet etmişem amma herdefesinde online müraciət qəbul edilmir ve emekdaşiniz geri elaqe saxlayaraq şəxsi melumatlarima gire bilmediklerini,ve yaxudda menim işlədiyim yerin sizinle emekdaşlığı olmadigini deyirler amma ele deyil işlədiyim yerin sizinle emekdaşlığı var yeni teqdim olunan behane çox absurddur ve bugün ise yeniden zəng ederek yoxlayib mumkun olmadigini soyleyirler mene çox maraqlidirki nece olur ki menimle işleyen diger emekdaşlarıma təyin olur bir kart eyni iş yeri ola ola mene yox ama ve hec bir sebebde göstermirler bir alinmadigina dair | Salam, Hörmətli Müştəri.
Fiziki şəxslərə kreditlərin verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hazırlanmış “Kapital Bank” ASC-nin İstehlak kreditləşməsi şərtlərinə uyğun olaraq həyata keçirilir. Müraciət tarixinə olan kredit tarixçəsi, kreditlər üzrə öhdəliklərin icrası, ümumi borclanma yükü araşdırılır və bankdaxili qaydalara uyğun olduqda müvafiq şərtlərlə və müvafiq sənədlər əsasında kredit müqaviləsi rəsmiləşdirilir.
Biz hər bir müraciətə fərdi yanaşaraq, müxtəlif ünsürləri və məlumatları dərindən təhlil edərək qərarları qəbul edirik. Təəssüf ki, kredit məhsulların təqdim edilməsi hər zaman mümkün olmur. | kapital_bank | 2023-10-13T09:09:28.000Z |
Salam.kapitaldan keşbek kartı sifariş vermek istədim dedilər siz kart sifariş vere bilmırsiz.səbəb də 2022 ci ildə kapital kartıma blok qoyulub deyə.blokun səbəbidə karta köçən məbləğlərin sənədin göstərməliymişəm.milliönlə köçən mıbləğlərin sənədin necə göstərə bilərmişəm hələ də mənə maraqlı qalıb😂kapital kartım bloklanıb deyə mən kapitalın keşbek kartın sifariş vere bilmərəm?bunun bir yolu olmalıdı.özümü lap kapitaldan təcrid olunmuş hiss edirəm😂 | Salam, Hörmətli Müştəri.
Qeyd etdiyiniz hal ilə bağlı müraciətinizin aidiyyəti üzrə yönəldilməsi üçün ad, soyadınızı, ata adınızı, əlaqə nömrənizi, kart sifarişi zamanı əks olunan xətanın ekran görüntüsünü şəxsi mesaj vasitəsi ilə təqdim edin. | kapital_bank | 2023-10-13T17:19:09.000Z |
Mən leo bank isledirem axır vaxtlar gah gire bilmirem niye bele olur ? | Salam🦁
Mobil tətbiq üzərində bizim tərəfimizdən çətinliklər mövcuddur. Buna görə sizdən üzr istəyirik. Çətinliyi aradan qaldırmaq üçün artıq bütün gücümüzlə çalışırıq . Zəhmət olmasa, bir müddət bizə zaman təqdim edəsiniz ki, biz çətinliyi aradan qaldıraq. Anlayışınıza görə təşəkkür edirik. 🙏 | leobank.az | 2023-05-25T13:42:08.000Z |
Bütün bankomatlarda komissiyasız nağdlaşdırma olsa daha yaxşı olar. Yenədə əlasız🔥 | Salam🦁
Hal-hazırda tətbiqdə ödənişlər və köçürmələr ilə bağlı bir qədər gecikmə ilə icra olunur.
Yaşanmış halla bağlı sizdən üzr istəyirik, mütəxəssislərimiz çətinliyin aradan qaldırılması ilə bağlı işləri davam etdirirlər.
Anlayışınız üçün təşəkkür edirik. | leobank.az | 2023-05-25T14:50:30.000Z |
Sevirem seni leo bank❤️❤️❤️❤️ senden yaxwi yox herwey sade asan | Salam🦁
Təşəkkür edirik. Bizdə müştərilərimizi sevirik❤ | leobank.az | 2023-05-26T09:27:11.000Z |
Leobank Ürəydi ❤️ | Salam 🦁
Möhtəşəm rəyiniz üçün təşəkkür edirik🙏 biz çox şadıq ki, xidmətimizi dəyərləndirirsiniz, bu bizim üçün, əlavə motivasiya və xoş emosiyalar yaradır 😍 | leobank.az | 2023-05-26T10:01:48.000Z |
Yalanan Camati aldadirsiz 10000 kreitit verilir neyniyir nece defleren sonrqu gondemiwem her defede de mene 3 ay gozliyin deyir😡😡 | Salam🦁
İlk öncə qeyd etmək istərdik ki, kredit limiti sistem tərəfindən avtomatik qaydada məlumatlarınız bir neçə parametrə əsasən yoxlanış olunur və mümkün olan təqdirdə kredit limiti təyin oluna bilər.
Məsələyə tam aydınlıq gətirib sizə köməklik göstərmək üçün, əməkdaşımız sizə, şəxsi mesaj yazıb, zəhmət olmasa, nəzər yetirərdiniz. | leobank.az | 2023-05-26T14:49:45.000Z |
voen maas karti olanlara verilir o | Salam🦁
Hal-hazırda Leobank tətbiqində çətinlik yaşanılmır.
Zəhmət olmasa qeyd edə bilərsiniz, hansı çətinlik ilə qarşılaşırsınız? | leobank.az | 2023-05-26T14:56:39.000Z |
Leobank la nece kridit gotre bilerem ? | Salam 🦁
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, rəsmi cari iş təcrübəsi minimum 6 ay ardıcıl olan, Azərbaycan vətəndaşları əldə edə bilər.
Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır. Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir. Sistem tərəfindən 10 000 AZN-ə qədər kredit limiti təyin oluna bilər.
Əgər, limit təyin olunmasa, o zaman siz kartı debet kartı kimi istifadə edərək, 20%-dək keşbek geri qaytara və şəxsi vəsaitinizin qalığına illik əlavə 5% qazana bilərsiniz (balans minimal 10 AZN təşkil etdiyi halda hesablanır). | leobank.az | 2023-05-28T08:34:51.000Z |
Mende debet kartdi leobankin basqa kartida var? | Salam🦁
Leobank—ın qara kartı universaldır. Siz onu fərdi hesab kimi, yəni, debet kartı və kredit kartı kimi, əgər sistem tərəfindən kredit limiti təyin olunarsa, 62 günədək güzəşt müddəti ilə istifadə edə bilərsiniz. Alış—veriş edən zaman xərсlədiyiniz məbləğdən 20%—dək сashbaсk qazana bilərsiniz. Əlavə olaraq fərdi hesabınızda 10 manatdan çox vəsait varsa, bu halda gündəlik hesablanaraq illik 5% əlavə gəlir kimi əldə edə bilərsiniz 🤩
Kredit limitini əldə etmək üçün əsas tələblər növbətidir:
- 18-65 yaş;
- Azərbaycan vətəndaşı;
- rəsmi iş yeri və 6 ay ardıcıl iş təcrübəsi. | leobank.az | 2023-05-29T13:17:55.000Z |
Mən leo kartı işlədirəm və çox məmnunam,alış veriş,ödənişlər çox rahat edirəm.Və şadamki belə bir kartım var. | Salam🦁
Rəyiniz üçün təşəkkür edirirk! Biz çox çalışırıq və çalışacağıq ki, sizə daha mükəmməl xidmət təqdim edək! | leobank.az | 2023-05-30T16:55:09.000Z |
men leobank kredit kartindan diger leobank kartina pul gonderende komisiyya tutur.o niye ele olur?ikiside eyni kartdi axi | Salam🦁
Leobank kartından Leobank kartlarına şəxsi vəsaitin köçürülməsi komissiyasızdır. Leobank kartından digər bütün bank kartlarına şəxsi vəsaitin köçürülməsi ay ərzində 2000 manata qədər faizsizdir, 2000 manatdan sonra 1% komissiya tətbiq olunur.
Kredit vəsaitin köçürülməsinə görə 2% komissiya tətbiq olunur. | leobank.az | 2023-05-30T17:03:52.000Z |
Mene kredit verilib leoda 1600 ozleri aftamatik yuklediler kartima bilmek isdirem o ancaq kredit esasinda isdifade oluna bilir ya nagdida cekmek olur? | Salam🦁
Leobankın kartı universaldır, siz onu həm debet kartı, həmdə kredit kartı kim istifadə edə bilərsiniz.
Şəxsi vəsaitinizi mədaxil edib, debet kartı kimi istifadə edə bilərsiniz.
Kartın balansının artırılması tamamilə ödənişsizdr, kartın balansını Milliön, emanat, Unibank cash - in terminallarında, həmçinin mobil tətbiq vasitəsilə artıra bilərsiniz. İlk öncə şəxsi vəsaitinizdən məxaric olunacaqdır. | leobank.az | 2023-05-31T19:47:21.000Z |
O birirsi banklar 220 manat resmi geliri olana kredit karti verir ama sizin bank vermir | Salam🦁
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay olan, Azərbaycan vətəndaşları əldə edə bilər.
Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır.
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır. | leobank.az | 2023-06-01T12:32:32.000Z |
Mene 1000 manat kiredit pul lazimdi resmi is yerim yoxdu fehleyem deye pul goturemedim | Salam🦁
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay olan, Azərbaycan vətəndaşları əldə edə bilər.
Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır.
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir. | leobank.az | 2023-06-01T15:40:32.000Z |
Salam Leokartda kredit pul olur ya boş kartdir? | Salam🦁
Leobank kartı - universal kartdır. Debet kartı kimi - şəxsi vəsaitlərinizlə 20% - dək cashack və illik 5% vəsaitinizin qalığına gündəlik hesablanaraq gəlir əldə edə bilərsiniz (məbləğ 10 manat və daha çox olarsa).
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, rəsmi iş təcrübəsi ardıcıl 6 ay olan, Azərbaycan vətəndaşları əldə edə bilər. Kart üzərində məbləğ 300 azn-dən 10.000 azn-ə qədər təqdim olunur. | leobank.az | 2023-06-11T03:55:22.000Z |
Salam men pul lazmdı pul ata bilmirem terbik donub nece kömeyliy ede bilersiz?? | Salam🦁
Mobil tətbiq üzərində bizim tərəfimizdən çətinliklər mövcuddur. Buna görə sizdən üzr istəyirik. Çətinliyi aradan qaldırmaq üçün artıq bütün gücümüzlə çalışırıq . Zəhmət olmasa, bir müddət bizə zaman təqdim edəsiniz ki, biz çətinliyi aradan qaldıraq. Anlayışınıza görə təşəkkür edirik🙏 | leobank.az | 2023-06-28T12:18:53.000Z |
Leobankda deyisikler olub dunenden komisiyya pulu cixir ozde cox 😮 | Salam 🦁
Tariflərlə bağlı hər hansı bir dəyişiklik icra olunmayıb.
Zəhmət olmasa, ətraflı qeyd edə bilərsiniz hansı tarifi nəzərdə tutursunuz? | leobank.az | 2023-05-29T11:12:44.000Z |
salam. 18 yaşı tamam olmamış şəxslər öz adlarına kart ala bilər? | Salam🦁
Leobank kartı 18 yaşdan Azərbaycan vətəndaşlarına təqdim olunur. | leobank.az | 2023-05-30T15:00:30.000Z |
Leobank menim kartimdan pul silir ozbashina | Salam 🦁
Məlumat üçün bildirmək istəyirik ki, tətbiq üzərindən təstiq və ya sms vasitəsi ilə təstiq olmadan, kartdan vəsait məxaric oluna bilməz. Zəhmət olmasa qeyd edərdiniz, yoxlanış üçün sizinlə necə əlaqə saxlaya bilərik? | leobank.az | 2023-05-31T08:02:19.000Z |
Mən link atdım ,dostum kartı aktivləşdirdi ,amma 5 azn cashback köçmədi . 0 göstərir | Salam🦁
Məsələyə tam aydınlıq gətirərək, əməkdaşımız şəxsi mesaj qutunuza müraciət ünvanlayıb , zəhmət olmasa nəzər yetirə bilərsiz? | leobank.az | 2023-05-31T15:01:40.000Z |
sizden hec gozlemezdim | Salam 🦁
Zəhmət olmasa, qeyd edərdiniz, hər hansı,çətinlik yaranıb? Böyük məmnuniyyətlə sizə, köməklik göstərməyə hazırıq 🙏 | leobank.az | 2023-05-31T16:14:37.000Z |
Leo bank kimi serefsiz , mundar bank yoxdu | Salam🦁
Belə bir hal yaşandığı üçün sizdən üzr istəyirik, bu cür təəssürat yaranmasını istəməzdik. | leobank.az | 2023-05-31T20:18:04.000Z |
burda haminin yaninda guye ki komek edeceksiz deye yalannan hecne yazmayin,cunki adami borclu cixardirsiz teklikde yani operatorlariviz! | Salam 🦁
İlk öncə, yaranan çətinliyə görə üzr istəyirik, texniki nasazlıq əks olunurdu, lakin artıq aradan qaldırılıb. | leobank.az | 2023-05-31T20:29:52.000Z |
Herden men kartdan pul cıxaranda xəberdarlıq gəlmir, nəden? | Salam🦁
Internet bağlantınız olduğu zaman, mobil tətbiq üzərindən bildiriş göndərilir. | leobank.az | 2023-06-01T09:16:57.000Z |
Xidmətiniz o qədər keyfiyyətsizdi ki, "leo" sözündən zəhləm gedir artıq | Salam 🦁
Zəhmət olmasa, bildirə bilərsiniz, niyə bu cür düşünürsünüz? | leobank.az | 2023-06-01T11:01:09.000Z |
Cox da inanmayin aldadirlar 85 azn atdilar alanmamdim | Salam 🦁
Zəhmət olmasa, çətinliyinizi tam ətraflı qeyd edə bilərsiniz? | leobank.az | 2023-06-02T05:20:43.000Z |
Salam qalibler aciqlandi? | Salam🦁
Lotoreya 27.05.2023 , 16:10-da keçirilirmışdır və nəticələr videogörüntü şəklində səhifəmizdə paylaşılmışdır. | leobank.az | 2023-06-04T18:34:01.000Z |
Salam men onlayin pul lazimdi kredit hami alir | Salam🦁
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay və son iş yerdə minimum 1 ay təcrübəsi olan, Azərbaycan vətəndaşları əldə edə bilər.
Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır.
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir. | leobank.az | 2023-07-26T13:11:26.000Z |
Salam men nağd kredid lazimdi ama manatovdan pul goturmuwem 120 manat hele mudedtine var burda mece goture bilerem | Salam🦁
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay olan, Azərbaycan vətəndaşları əldə edə bilər.
Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır.
Nağd kredit müəyyən edilmiş kredit limiti olan bütün müştərilər tərəfindən istifadə edilə bilər.
Nağd kredit, nağdlaşdırma əməliyyatını 3 aydan 24 aya qədər bölməyə imkan verən yeni bir funksiyadır. Nağd kredit üçün müraciət edərkən müştəri kredit limitindən istifadə üçün banka faiz ödəmədən bir neçə ay ərzində geri çəkilmə məbləğini geri qaytarmaq imkanı əldə edir.
Nağd krediti rəsmiləşdirəndə müştəri hər ay nağd kreditin məbləğinin 1%-ni ödəyir. | leobank.az | 2023-07-27T16:33:10.000Z |
Salam nece kredit elde ede bilerem | Salam! Hörmətli izləyici, Siz kredit limitli TamKart üçün müraciət edirsinizsə, son iş yerində minimal staj 6-12 ay tələb olunur.
Hörmətlə,
ABB | abb_bank | 2023-08-01T18:05:23.000Z |
Beli nagd kredit | Qeyd etmək istərdik ki, nağd kredit funksiyasından kredit limiti olan müştərilər yararlana bilər. | leobank.az | 2023-08-02T13:02:11.000Z |
Salam cox xaiw edirem izah edersiz teqbiqden goturmek olur kredit? Resmi iw yerim yoxdu wexsi biznesim var | Salam 🦁
Hal-hazırda, bizdə, kredit limiti yalnız rəsmi iş yeri olan fiziki şəxslər üçün nəzərdə tutulub. Leobankda hal-hazırda sahibkarlara, Vöen ilə çalışanlara kredit limiti təqdim olunmur.
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay olan, Azərbaycan vətəndaşları əldə edə bilər.
Rəsmi iş yerinizi olmadığı təqdirdə, siz debet kartı kimi sifarış edib şəxsi vəsaitlərinizi saxlaya və istifadə edə bilərsiniz.
Leobankın depozit xüsusiyyəti şəxsi hesabınızda olan məbləğə illik 5% əlavə gəlir əldə etmək imkanı yaradır, əgər kartınızın balansı 10 azn-dən artıq təşkil edirsə. Faiz gündəlik hesablanır və hər ayın 1-də kartınıza köçürülür.
Nağdsız alış-veriş zamanı, 20% qədər cashback qazana bilərsiniz. | leobank.az | 2023-08-04T07:05:45.000Z |
Salam nece kredit goturum | Salam🦁
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir.
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay və son iş yerdə minimum 1 ay təcrübəsi olan, Azərbaycan vətəndaşları əldə edə bilər. | leobank.az | 2023-08-11T04:23:51.000Z |
Salam adi kredit götürmüşəm 1000 manat,hara ödəməliyəm hissə hissə | Salam🦁
Kartınızın balansını bir neçə rahat yolla artıra bilərsiniz:
1. Mobil tətbiq vasitəsilə.
2. Unibank Cash-İn terminallarını istifadə edərək.
3. MilliÖn və E-manat terminallarından istifadə edərək.
4. Kartdan karta köçürmə ilə.
5. Unibank-ın 28 May, Sahil, Azadlıq, Baş ofis və Qara Qarayev istisna olmaqla, istənilən filialına müraciət edərək. Bu halda, kartın son 8 rəqəmini və şəxsiyyət vəsiqəsinin Fin kodunu təqdim etməyiniz xahiş olunur. | leobank.az | 2023-08-12T19:18:36.000Z |
Salam menn 1000 manat kredit goturmek isdeyirem nece edim? | Salam🦁
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay olan, Azərbaycan vətəndaşları əldə edə bilər.
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir. | leobank.az | 2023-08-13T04:51:05.000Z |
Kredit nece goturulur leobanka ? | Salam🦁
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir.
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay və son iş yerdə minimum 1 ay təcrübəsi olan, Azərbaycan vətəndaşları əldə edə bilər. | leobank.az | 2023-08-16T18:47:55.000Z |
Salam Men nece goture bilerem | Salam🦁
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir.
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay və son iş yerdə minimum 1 ay təcrübəsi olan, Azərbaycan vətəndaşları əldə edə bilər. | leobank.az | 2023-08-17T09:19:51.000Z |
Salam men kredit qöture bilerem | Salam🦁
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir.
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay və son iş yerdə minimum 1 ay təcrübəsi olan, Azərbaycan vətəndaşları əldə edə bilər. | leobank.az | 2023-09-08T11:22:16.000Z |
Salam men nece kredit goture bilerem zehmet olmasa deyerdiz | alam🦁
Kredit limiti tətbiq vasitəsi ilə qeydiyyatdan keçdiyiniz zaman sistem tərəfindən avtomatik qaydada hesablanır.
Hər kəs üçün kredit limiti bir çox parametrlər əsasında individual şəkildə hesablanır.
Sizin rəsmi gəliriniz ,kredit tarixçəniz, kredit öhdəlikləriniz və digər məlumatlar yoxlanılaraq, kredit limitinin ayrılması qərarı verilir.
Kredit limitini 18 yaşdan 65 yaşa qədər, cari rəsmi iş təcrübəsi ən azı ardıcıl 6 ay və son iş yerdə minimum 1 ay təcrübəsi olan, Azərbaycan vətəndaşları əldə edə bilər. | leobank.az | 2023-09-10T18:56:07.000Z |
Salam hər hansı bir bankamatdan köçürməni ala bilərəm? Yoxsa yalnız uni bankdan ? Və kapitaldan çəksəm əyər olursa faiz tutulur? | Salam🦁
Siz Leobank kartınızdan istənilən ölkədaxili bankomatlardan nağdlaşdırılma edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki:
Unibank bankomatlarından Leobank kartınızdan şəxsi vəsaitlər üzrə nağdlaşdırılma 2000 manata qədər tamamilə komissiyasızdır, 2000 manatı keçdiyiniz zaman sizə 0.5% komissiya tətbiq olunacaq.
Kredit vəsaitlər üzrə Unibank bankomatlarından nağdlaşdırılma üzrə 2% komissiya təqdim olunur.
Digər ölkədaxili bankomatlarından nağdlaşdırılma etdiyiniz zaman, şəxsi vəsaitlər üzrə 0.5% (minimum 1 manat) komissiya tətbiq olunur.
Kredit vəsaitlər üzrə 2% (minimum 1 manat) komissiya tətbiq olunacaq. | leobank.az | 2023-11-10T10:06:24.000Z |
salam mən leobank kredit kartı almışam bu gün rəmi iş yerimi və öz adıma olan nömrəmidə qeydiyyat zamanı qeyd etmişəm. Kartıda unibankdan göturdum bu gün və tətbiqi də kodu yazaraq aktivləşdirdim.İstədim ki nağd kredit limiti təyin edərək nağd pul götrəm kredit bölməsində daxil oldum limiti təyin etmək istədim yuxarida yazıldıkı Tətbiqi aktivləşdirdiyiniz zaman limiti təyin etmisiz. Bəs təyin etmişəmsə o kredit limiti harda göstərir? | Salam🦁
Əgər sizə kredit limiti təyin olunubsa, nağd kredit rəsmləşdirə bilərsiniz.
1. Tətbiqdə “Kreditlər” – “Nağd pul krediti” bölməsinə keçin.
2. Kredit məbləğini və onu neçə aya (3-24) ödəmək istədiyinizi qeyd edin.
3. 24 saat ərzində heç bir komissiya haqqı tutulmadan Unibank bankomatlarından və ya kassalarından pulunuzu nağdlaşdırın. | leobank.az | 2024-01-09T17:53:27.000Z |
Salam mən yeni kart götürdüm mən orda olan kəşbeki necə əldə edə bilərəm? | Salam🦁
Cashback balansınız, 10 azn çatdıqda, siz onu şəxsi hesabınıza köçürə bilərsiniz. | leobank.az | 2023-06-02T10:48:22.000Z |
Salam iki neferle paylawmiwam gedib aliblar aktivde olunub amma hecne gelmiyib pul | Salam🦁
Zəhmət olmasa, ətraflı yoxlanış üçün şəxsi messaj qutunuzu yoxlaya bilərsiniz? | leobank.az | 2023-06-02T12:16:06.000Z |
Salam biz dostunu devet et linkini erdik bize cesbek gelmedi amma dosta geldi niye bize gelmedii? | Salam🦁
Zəhmət olmasa, ətraflı yoxlanış üçün şəxsi messaj qutunuzu yoxlaya bilərsiniz? | leobank.az | 2023-06-02T13:11:17.000Z |
Salam kartı sifariş etmek götürmek ödenişlidi? | Salam🦁
Leobank kartı tamamilə ödənişsizdir. | leobank.az | 2023-06-03T14:29:22.000Z |
Bu aykı cashback kateqoriyaları lazımsızdı. Aptek və marketlər həmişə olmalıdı | Salam🦁
Hər ayın 1-dən etibarən 6 keşbek kateqoriyası üzrə seçim təqdim olunur və onlardan sizə uyğun 2-i seçib və seçdiyiniz kateqoriyalar üzrə keşbek əldə edə bilərsiniz. Təəssüf ki, qeyd etdiyiniz kateqoriya təqdim olunmamışdır.
Cashback kateqoriyaları seçimdə sabit deyil və hər ay dəyişir ki, tamamilə bütün müştərilər Leobank kartından maksimum fayda əldə edə bilsinlər. | leobank.az | 2023-06-04T10:02:22.000Z |
Dəvəti attığımız adam sadəcə leobankı yükləsə yenə pul gəlir yoxsa qeydiyyatdan keçməlidir? | Salam🦁
Dəvət etdiyiniz şəxs, qeydiyyatını tamamlayıb və kartı aktiv etdikdən sonra məbləğ köçürülür. | leobank.az | 2023-06-04T11:33:40.000Z |
Bahanəniz çox gülməlidir.😂 Əgər siz həqiqətəndə bütün müştərilərin faydalanmağını istəyirsinizsə hər ay koteqoriyaları dəyişmək yerinə, bütün koteqoriyaları sabit tutun istəyən onu seçsin 🙂 | Salam🦁
Bizim müxtəlif müştərilərimiz olduğuna görə, biz müxtəlif kateqoriyaları təqdim edirik.
Hər bir müştərinin fikri bizim üçün çox önəmlidir, biz ümid varıq ki, gələcəkdə istədiyiniz kateqoriyalar əks olunacaqdır. | leobank.az | 2023-06-04T12:08:51.000Z |
Kesbek kateqorialarinda hec bir zaman istifade etmeyeceyim kateqorialardi artiq nece aydi ki . Istifade olunan kateqorialarin hamisi yoxa cixib . En cox istifade etdiyim karti amma ki bunun kimi bezi seyere gore artiq gozden dusur . | Salam 🦁
Ümumi olaraq Leobank sizə 12 cashback kateqoriyasi təqdim edir. Hər ayın 1də bank tərəfindən sizə 6 cashback kateqoriyası təqdim olunur (misal üçün: kafe və restoranlar, paltar mağazaları və s.) hansından ki, siz istənilən 2 kateqoriya seçə bilərsiniz. Hər keşbek kateqoriyasının öz faiz dərəcəsi var. Və hər yeni ayın əvvəli sizə fərqli keşbek kateqoriyaları, fərqli faiz dərəcələri ilə təqdim olunur.
Əlavə olaraq partnyor keşbeklarımız mövcüddur. | leobank.az | 2023-06-05T03:03:21.000Z |
Evveller cox yaxwi iwleyirdiz, son zamanlar heqiqeten bezmisem, cart to cart edende saatlarla gozleyiremki odenis catsin, bele wey olar? Beyenmediyimiz diger banklar xaricde bele gozel iwleyir. axirinci pullarimi cixardib qiracam artiq kartinizi.. | Salam🦁
Hal-hazırda kartdan karta köçürmə ödənişləri ilə bağlı çətinlik mövcuddur, yaşanan çətinliyə görə sizdən üzr istəyirik. Vəsait sizin və ya qarşı tərəfin kartına köçürüləcəkdir. Anlayışınız üçün təşəkkür edirik. | leobank.az | 2023-06-05T14:57:40.000Z |